• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cəlilabad və Biləsuvara dolu yağdı: Elektirik kəsildi... - YENİLƏNİB

CƏMİYYƏT

21 Aprel 2023 | 22:31 | Müəllif: Subhan Mahmudov

Cəlilabad və Biləsuvara dolu yağdı: Elektirik kəsildi... - YENİLƏNİB

Biləsuvarda da dolu bir sıra fəsadlar törədib.

Bakıvaxtı.az xəbər verir ki, doludan sonra rayonda güclü leysan başlayıb. Rayon mərkəzində və bir neçə kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

***21:01

Cəlilabada güclü dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.

Bakıvaxtı.az xəbər verir ki, dolu əsasən rayonun bir neçə kəndinə düşüb.

Təqribən bu gün axşam saat 19:05 radələrindən etibarən yağmağa başlayan dolu 7 dəqiqəyə yaxın güclü yağışla davam edib.

Bundan əlavə, güclü külək Cəlilabad rayonunu işıqsız da qoyub.

Yağan leysan və güclü külək rayon mərkəzində və bir neçə kənddə işıqların sönməsinə səbəb olub. Həmçinin təbiət hadisəsi şəhər mərkəzində ağacların budaqların sındırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026