• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Buskets "Barselona"nı tərk edir

İDMAN

20 Avqust 2022 | 10:56 | Müəllif: Subhan Mahmudov

Buskets "Barselona"nı tərk edir

İspaniya millisinin futbolçusu Serxio Buskets cari mövsümün sonunda "Barselona"nı tərk edəcək.

Bakıvaxtı.az COPE-yə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi məvacibi ilə bağlı güzəştə getməyə razılaşmayıb.

Bu səbəbdən təcrübəli oyunçu gələn yay başa çatacaq müqaviləsini yeniləməyəcək. O, yığmadakı karyerasını da başa vura bilər.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Serxio Buskets bu əsas komandada 681 oyuna 18 qol vurub, 43 məhsuldar ötürmə edib. O, Kataloniya təmsilçisi ilə 8 dəfə İspaniya La Liqasını və Super Liqasını qazanıb, 7 dəfə ölkə kubokunun qalibi olub. Həmçinin, 3 dəfə UEFA Çempionlar Liqasında və Superkubokunda, eyni zamanda, klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR