• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu yollar bağlıdır - SİYAHI

CƏMİYYƏT

27 Sentyabr 2021 | 09:23

Bu yollar bağlıdır - SİYAHI

27 sentyabr Anım Günü ilə əlaqədar olaraq, Bakıda Ağ şəhər bulvarı istiqamətində kəsişən, bitişən bəzi küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub və istiqamətlər dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yolisi Polisi İdarəsinin açıqlamasında qeyd edilib ki, səhər saat 06:30-dan 14:00-a qədər Afiyəddin Cəlilov, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Puşkin, Rixard Zorge, Kövkəb Səfərəliyeva, Niyazi və Mehdi Hüseyn küçələri, Azadlıq və Neftçilər prospektləri, eləcə də Azneft meydanından avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.

Həmçinin Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl və 20-ci sahə qəsəbələri yanından isə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Saat 12:00-da ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026