Çin Xalq Respublikasında insanların öz yaxınlarını çoxmərtəbəli yaşayış binalarındakı mənzillərdə dəfn etmələrini qadağan edən yeni qanun tətbiq olunur. Sözügedən qayda martın 31-dən etibarən qüvvəyə minəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Bu məhdudiyyət vətəndaşların vəfat etmiş yaxınlarının qalıqlarını saxlamaq məqsədilə xüsusi olaraq əldə etdikləri "kül mənzilləri"nə qarşı yönəlib. Belə bir ənənə ölkə əhalisinin qocalması və daşınmaz əmlak qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşması səbəbindən populyarlaşıb. Əksər hallarda çoxmərtəbəli binalarda boş mənzil almaq ənənəvi qəbiristanlıqda yer əldə etməkdən daha sərfəli başa gəlir.
Media orqanlarının araşdırmalarına əsasən, Çin 2020-ci ildə dünyada ən bahalı dəfn xərclərinin qeydə alındığı ikinci ölkə olub. Vətəndaşlar bu proses üçün orta hesabla 37 400 yuan (5 411 ABŞ dolları - red.) vəsait xərcləyiblər. Bu göstərici insanların orta illik gəlirinin təxminən yarısına bərabərdir.
Bakı 




