• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Britaniya səfiri İran XİN-ə çağırıldı

DÜNYA

12 Yanvar 2026 | 13:26

Britaniya səfiri İran XİN-ə çağırıldı

Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter Londonda baş vermiş insidentlə əlaqədar İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, səfirə İran İslam Respublikasının bayrağının təhqir edilməsinə yol verilməsi ilə əlaqədar kəskin etiraz bildirilib.

Xatırladaq ki, yanvarın 10-da naməlum şəxs İranın Londondakı Səfirliyinin eyvanına çıxıb və diplomatik nümayəndəlikdən asılan ölkənin bayrağını çıxararaq, onu inqilabdan əvvəlki bayraqla əvəz edib. Məsələ ilə bağlı iki nəfər saxlanılıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026