• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Borçalıda sensasion TAPINTI...

DÜNYA

09 Sentyabr 2022 | 07:37 | Müəllif: Subhan Mahmudov

Borçalıda sensasion TAPINTI...

Gürcüstanın Dmanisi rayonunun Orozmani kəndində (Oruzman – azərb.) arxeoloqlar beynəlxalq eskpedisiya zamanı 1,8 milyon il bundan əvvəl yaşamış insanın alt çənə sümüyünə aid diş tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Formula” telekanalı məlumat yayıb.

Ekspedisiyanın rəhbəri Georgi Bidzinaşvili bildirib ki, Dmanisi ilə yanaşı, dünyanın elmi xəritəsində yeni bir nöqtə - Orozmani meydana çıxıb.

"Bunlar bizim məşhur ilk avropalılar Zezva və Mzia ilə eyni yaşdadırlar, Kobud desək, biz onların əmisi oğlunun dişini Orozmanidən tapdıq, bu diş qədim Avrasiya hominidlərinin Gürcüstanda yayılması ideyasını tamamilə dəyişdirdi", - Bidzinaşvili bildirib.

Onun sözlərinə görə, yeni kəşf Gürcüstan və Qafqazda elmi marağın canlanmasına səbəb olacaq. Üstəlik, ekspedisiya rəhbəri əmindir ki, çox yaxında Orozmani ən qədim avrasiyalıların məskunlaşdığı yer kimi elmi kitablara daxil ediləcək.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026