• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT əməkdaşı öldürüldü

DÜNYA

11 Fevral 2025 | 21:41 | Müəllif: Subhan Mahmudov

BMT əməkdaşı öldürüldü

BMT-nin Ümumdünya Ərzaq Proqramı Yəməndə husi üsyançıları tərəfindən əsir saxlanılan əməkdaşının öldüyünü bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşılıb.

"Ümumdünya Ərzaq Proqramı Yəmənin şimalında həbsdə olan əməkdaşının ölümündən sarsılıb", - məlumatda qeyd olunub.

Məlumata görə, husilər yanvarın 23-dən bəri əməkdaşı və onun daha 6 həmkarını əsir saxlayırdılar.

Təfərrüatlar açıqlanmayıb. BMT-də 2017-ci ildən çalışan əməkdaşın həyat yoldaşı və iki uşağı qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026