• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT baş katibi Putinə məktub yolladı

DÜNYA

15 May 2024 | 00:11 | Müəllif: Subhan Mahmudov

BMT baş katibi Putinə məktub yolladı

BMT Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə prezident seçilməsi ilə bağlı təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

O, məktubun məzmununu açıqlamayıb, lakin qeyd edib ki, baş katib bu cür məktubları prezident seçilmiş liderlərə andiçmə mərasimindən sonra göndərir.

Qeyd edək ki, 2024-cü ilin 15-17 mart tarixlərində Rusiyada keçirilmiş prezident seçkilərində MSK Vladimir Putinin 87.28 faizlə qalib gəldiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026