• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Binəqədidəki yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

23 Noyabr 2023 | 21:26

Binəqədidəki yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın tam söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib.

 

21:08

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Bakıvaxt.az xəbər verir ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.
 

20:46

Bakı şəhəri, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsindəki obyektdə yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026