• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bazar günü hava necə olacaq?

CƏMİYYƏT

27 Avqust 2022 | 12:11 | Müəllif: Qalib İbrahimoğlu

Bazar günü hava necə olacaq?

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR