Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən tam söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki bu barədə FHN məlumat yayıb.
***
00:10
Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində FHN tərəfindən təxirəsalınmaz tədbirlər görülür.
Bakıvactı.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərlərinin qüvvələri ərazidə yanğınsöndürmə və müvafiq təhlükəsizlik tədbirlərini fasiləsiz davam etdirir.
Eyni zamanda, FHN-in əməkdaşları sahibkarlara mallarını yanğın baş verən ərazidən təhlükəsiz şəkildə çıxarmalarına lazımi köməklik göstərir.
Əlavə məlumat veriləcək.
22:41
Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bakıvaxtı.az xəbər verir ki, hazırda yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
21:08
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.























