• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Bakıda yaşayış binasında yanğın oldu

HADİSƏ

11 Oktyabr 2021 | 09:26

Bakıda yaşayış binasında yanğın oldu

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 5 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili, içərisinə yığılan taxta tullantıları və bitişik yaşayış binasının birinci mərtəbəsində 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan bitişik binada 1 ədəd kondisioner və 5 ədəd plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026