• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakıda yaşayış binasında yanğın baş verib

HADİSƏ

21 Aprel 2021 | 00:37

Bakıda yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, binanın üçüncü mərtəbəsində elektrik naqilləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026