• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda restoran YANDI - VİDEO

HADİSƏ

20 Sentyabr 2024 | 08:57 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda restoran YANDI - VİDEO

Bakının Binəqədi rayonunda obyektdə yanğın baş verib.

Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 900 kvadratmetr olan üçmərtəbəli mansard tipli obyektin 3-cü mərtəbəsində yerləşən restoranın yanar konstruksiyaları və dam örtüyü 165 kvadratmetr sahədə yanıb.

Restoranın qalan hissəsi, obyektin 1 və 2-ci mərtəbəsində yerləşən mebel salonu, o cümlədən yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026