Bakıda köşk yanıb.
Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.
Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 2 m² olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü, içərisindəki əşyalar, elektrik kabeli 5 p.m və ona bitişik ümumi sahəsi 6 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
















