• Bakı 18° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Bakıda DƏHŞƏT: Quyuya düşərək ölən uşaqların adları məlum oldu - YENİLƏNİB

HADİSƏ

18 May 2023 | 09:46 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda DƏHŞƏT: Quyuya düşərək ölən uşaqların adları məlum oldu - YENİLƏNİB

Sabunçu rayonunda quyuya düşərək ölən uşaqların adları məlum olub. 

Bakıvaxtı.az xəbər verir ki, həmin şəxslər - Maştağa qəsəbə sakinləri, 2013-ci il təvəllüdlü Ağa Taleh oğlu Rəhimov və 2013-ci il təvəllüdlü Hüseyn Mətləb oğlu Qasımovdur. 

Uşaqlar dost olub və ərazidə oyun oynayan zaman ehtiyatsızlıqdan quyuya yıxılıblar. Hadisə zamanı hər iki uşaq ölüb. /Oxu.az

 

08:30

Bakıda iki azyaşlı quyuya düşərək ölüb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2013-cü il təvəllüdlü 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər.

Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR