Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1939-cu il təvəllüdlü Seyfullayev Əhməd Ağaəşrəf oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ aşağı ətrafın əziyi, sol qolun sınığı və kəllə-beyin travması diaqnozları qoyulub.(report)
















