• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada öldü

HADİSƏ

06 May 2021 | 09:27

Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada öldü

Bakının Sabunçu rayonunda avtomobilin vurduğu piyada, 1951-ci il təvəllüdlü Mustafayev Adil Rza oğlu xəstəxanada dünyasını dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Yolu keçən Mustafayev Adil Rza oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026