• Bakı 13° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Babəkdə yanğın baş verdi

HADİSƏ

07 Sentyabr 2024 | 20:27 | Müəllif: Subhan Mahmudov

Babəkdə yanğın baş verdi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək şəhərində biçilmiş taxıl sahəsində, Şahbuz şəhərində isə "OKA" markalı minik avtomobilində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, məlumatlarla əlaqədar dərhal Babək və Şahbuz Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb.

Babək şəhərində yanğın nəticəsində 2000 kvadratmetr biçilmiş taxıl sahəsi yanıb, 3000 kvadratmetr biçilmiş taxıl sahəsi isə yanğından mühafizə olunub. Şahbuz şəhərində isə minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026