• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq? - AÇIQLAMA

SİYASƏT

17 Sentyabr 2026 | 11:02 | Müəllif: Zeynəb Rzayeva

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq? - AÇIQLAMA

Gürcüstanda Türkiyənin iştirakı və NATO proqramları çərçivəsində ordu sisteminin yenidən qurulması istiqamətində müxtəlif dəyişikliklər həyata keçirilir. Bu çərçivədə hərbi xidmət müddətinin azaldılması məsələsi də gündəmə gəlib.

Bəs Azərbaycanda da analoji addımın atılması mümkündürmü?

Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı Bakıvaxtı.az-a bildirib ki, hazırda Azərbaycanın müvafiq strukturlarında hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aparılmır.

Onun sözlərinə görə, Azərbaycanda xidmət müddəti optimal varianta qədər azaldılıb və hazırkı gərgin vəziyyətdə bu müddətin dəyişdirilməsinə ehtiyac yoxdur.

Ədalət Verdiyev

Ə.Verdiyev qeyd edib ki, Azərbaycanın həm cənubunda, həm şimalında münaqişələrin, gərginliklərin davam etdiyi bir vaxtda xidmət müddətinin azaldılmasını deyil, regionda sülhün və təhlükəsizliyin bərpa olunması üçün fəaliyyətlərə daha çox diqqət ayırmalıyıq.

"Bu fəaliyyətlər isə mütləq güclü silahlı qüvvələrin – həm say, həm texnika, silah-sursat və vasitələr baxımından daha güclü silahlı qüvvələrin mövcudluğunu tələb edir”, - Ədalət Verdiyev əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026