• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pandemiya bitir? - İnfeksionistdən VACİB AÇIQLAMA

CƏMİYYƏT

20 Sentyabr 2022 | 09:55

Pandemiya bitir? - İnfeksionistdən VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden pandemiyanın bitdiyini bəyan edib.

Onun sözlərinə görə, buna baxmayaraq, COVID ilə problem hələ də qalır: "Hələ də bunun üzərində çox işləyirik... amma pandemiya bitib. Diqqət etsəniz, heç kim maska ​​taxmır, görünür hamı yaxşı vəziyyətdədir".

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, pandemiyanın bitməyə yaxın olduğu ilə bağlı açıqlama ilk olaraq ÜST tərəfindən gəlib:

“Bu da əsasən dünya statistikasında ölümlərin azalmasına bağlı olaraq səsləndirilmiş fikirdir. Baxmayaraq ki, yoluxmalar davam edir, ölümlərdə dünya üzrə ötən həftələrə nisbətən, xeyli azalma var”.

İnfeksionistin sözlərinə görə, Azərbaycanda isə hələ ki, bu gedişatı görmürük:

“Lakin, dünyada ölümlərin azalmış olması yaxın gələcəkdə Azərbaycanda da durumun yaxşıya doğru dəyişəcəyini göstərir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR