• Bakı 19° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

AKİ-nin konfransı keçiriləcək, sədr seçiləcək 

MƏDƏNİYYƏT

10 Sentyabr 2026 | 15:17 | Müəllif: Günəş Mərd

AKİ-nin konfransı keçiriləcək, sədr seçiləcək

Sentyabrın 11-də Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) konfransı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, konfrans saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq. 

Konfransda yeni sədrin seçilməsi gözlənilir. 

Qeyd edək ki, AKİ-nin əvvəlki sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da keçirilən seçki konfransında isə yetərsay olmadığından nəticələr qeydə alınmayıb.   

Hazırda sədrin səlahiyyətlərini Xalq artisti Şəfiqə Məmmədova icra edir. O, qarşıdakı konfransda sədrliyə vahid namizəd kimi təsdiqlənib. 

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026