• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Avqustda ən çox satılan avtomobillər açıqlandı

CƏMİYYƏT

14 Sentyabr 2026 | 13:29 | Müəllif: Günəş Mərd

Avqustda ən çox satılan avtomobillər açıqlandı

Çində avtomobil bazarı 2026-cı ilin avqustunda diqqətçəkən nəticə ilə yadda qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Geely EX2 kompakt hetçbeki satış sayına görə həm yerli rəqiblərini, həm də Tesla-nın populyar modellərini geridə qoyaraq ayın ən çox satılan avtomobili olub.

“CarNewsChina”nın məlumatına görə, avqust ayında ölkədə təxminən 40 min ədəd Geely EX2 satılıb. Bu göstərici bütün minik avtomobili modelləri arasında ən yüksək nəticə olub. Model ilin ilk səkkiz ayında da yüksək satış göstəricisi nümayiş etdirərək təxminən 266 min ədəd satışa çatıb.

Siyahıda ikinci yeri təxminən 31 min satışla Leapmotor A10, üçüncü yeri isə 29 minə yaxın satışla Tesla Model Y tutub.

İlk beşliyə həmçinin təxminən 23 min satışla Fang Cheng Bao Ti 7 və BYD Atto 2 daxil olub.

Növbəti sıralarda Tesla Model 3 (21 min), Changan Nevo Q05 (17 min), Li Auto i6 (17 min), BYD Dolphin (17 min) və Xiaomi SU7 (17 min) qərarlaşıb.

Xiaomi modellərinin satışlarında isə nəzərəçarpacaq geriləmə qeydə alınıb. SU7 sedanı iyul ayında dördüncü olduğu halda, avqustda 10-cu yerə düşüb. YU7 krossoveri isə təxminən 14 min satışla 19-cu pillədə qərarlaşıb.

Qeyd olunur ki, ilk 20-likdə yalnız beş daxiliyanma mühərrikli model yer alıb. Bunlar Toyota Corolla Cross, Geely Starray, Volkswagen Lavida, Toyota RAV4 və Geely Monjaro modelləridir.

BYD isə ilk 20-likdə dörd modellə təmsil olunub: Atto 2, Song Ultra, Song Pro və Sealion 6.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026