• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Atambayevə bəraət verildi

DÜNYA

28 Iyun 2022 | 21:55 | Müəllif: Subhan Mahmudov

Atambayevə bəraət verildi

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevə bəraət verilib.

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə tərəfindən Atambayevin ölkədə kütləvi iğtişaşların təşkilində təqsiri sübuta yetirilməyib.

Məhkəmə iş üzrə digər təqsirləndirilən şəxsləri - Qırğızıstanın keçmiş daxili işlər naziri Kursan Asanovu və prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazovu da təqsirsiz hesab edib.

Qeyd edək ki, Bişkekin Pervomayski rayon məhkəməsi eks-prezidenti 2020-ci ilin payızında Bişkekdə baş vermiş kütləvi iğtişaşlara görə təqsirləndirmişdi. Prokuror Almazbek Atambayevə 12 il həbs cəzası təklif edirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR