• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aqueroya heykəl ucaldıldı - FOTO

İDMAN

13 May 2022 | 16:13 | Müəllif: Subhan Mahmudov

Aqueroya heykəl ucaldıldı - FOTO

“Mançester Siti” sabiq futbolçusu Serxio Aqueroya heykəl ucaldıb.

Bakıvaxtı.az xəbər verir ki, argentinalı hücumçunun heykəli Mançesterdə - “Etihad” stadionunun yaxınlığına qoyulub.

Klubun İngiltərə Premyer Liqasında ilk titulunu və 44 ildən sonra ilk İngiltərə çempionluğunu qazandığı günə həsr edilən heykəlin açılışı olub. Komanda 2012-ci il mayın 13-də məhz Aqueronun 90+3-cü dəqiqədə “Kuinz Park Reyncers”ə vurduğu qol sayəsində çempion adını qazanıb. 

Qeyd edək ki, Aquero 2011-2021-ci illərdə “Mançester Siti”də çıxış edib. O, 260 qolla klub tarixinin bombardiridir.(qol.az)


Aqueroya heykəl ucaldıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026