• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Agentlik sədri iki şöbə müdirini işdən çıxardı

SİYASƏT

01 Iyun 2026 | 11:56 | Müəllif: Əli Hüseynov

Agentlik sədri iki şöbə müdirini işdən çıxardı

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iki şöbə müdiri vəzifəsindən çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Maliyyə departamentinin Maliyyə Nəzarəti və Hesabatlılıq şöbəsinin müdiri Babayev Həsən Namiq oğlu vəzifəsindən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur.

Həmçinin, Təminat, təchizat və təsərrüfat departamentinin Təminat və təchizat şöbəsinin müdiri Muxtarova Səbinə Nəzər qızı vəzifəsindən azad edilib. Onun yerinə Əsgərov Turxan Ayaz oğlu həmin şöbənin müdiri  vəzifəsinə təyinat alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026