• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ağdaşdakı qəzada ÖLƏN şəxsin kimliyi açıqlandı - YENİLƏNDİ 

HADİSƏ

28 Avqust 2026 | 11:23 | Müəllif: Günəş Mərd

Ağdaşdakı qəzada ÖLƏN şəxsin kimliyi açıqlandı - YENİLƏNDİ

Ağdaşda baş verən qəzada yük maşınının kabinəsində sıxılmış vəziyyətdə qalaraq  ölən şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə ölən şəxs 46 yaşlı Cabbar Cabbarovdur.

***

08:04

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Əmirarx kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Qəza zamanı iki yük maşını toqquşub. Arxadan önündə hərəkətdə olan yük maşınına çırpılan digər yük maşınının sürücüsü kabinədə sıxılmış vəziyyətdə qalaraq həyatını itirib.

Hazırda ölən şəxsin kimliyi məlum deyil. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə yerinə Dövlət Yol Polisi (DYP), Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026