• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

AƏSMA-da Açıq Qapı Günü keçiriləcək

CƏMİYYƏT

10 Sentyabr 2026 | 19:00 | Müəllif: Subhan Mahmudov

AƏSMA-da Açıq Qapı Günü keçiriləcək

Sentyabrın 11-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) valideynlər və tələbələr üçün Açıq Qapı Günü təşkil olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, tədbir iştirakçıları akademiyanın tədris mühiti, maddi-texniki bazası, təhsil imkanları və həyata keçirilən layihələrlə yaxından tanış ola biləcəklər. Həmçinin müəllim heyəti ilə görüş keçiriləcək və iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Açıq Qapı Günü saat 10:00-dan 17:00-dək AƏSMA-nın Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 181 ünvanında yerləşən binasında keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026