• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-də mindən çox aviareys ləğv olundu

DÜNYA

23 Fevral 2023 | 00:31 | Müəllif: Subhan Mahmudov

ABŞ-də mindən çox aviareys ləğv olundu

ABŞ-də güclü qar yağıb. Bu səbəbdən mindən çox reys ləğv olunub.

Bakıvaxtı.az xəbər verir ki, ləğv edilən uçuşların təxminən yarısı Minnesota, Ayova, Şimali Dakota, Cənubi Dakota və Viskonsin ştatlarının ən böyük ticarət hava limanı olan Minneapolis/Sent Pol Beynəlxalq Hava Limanına aiddir.

Ləğv olunan uçuşların daha 11%-i Denver hava limanının (Kolorado) payına düşüb.

Bildirilir ki, Minneapolisə 13 sm qar yağıb, gün ərzində qar örtüyünün daha 30 sm artacağı gözlənilir. Bundan əlavə, güclü küləyin əsəcəyi proqnozlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026