• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

82 terrorçu MƏHV EDİLDİ

DÜNYA

06 Sentyabr 2022 | 23:15 | Müəllif: Subhan Mahmudov

82 terrorçu MƏHV EDİLDİ

Türkiyə Silahlı Qüvvələri terror təşkilatı PKK-ya qarşı "Eren" əməliyyatları çərçivəsində ilin əvvəlindən 82 terrorçunu zərərsizləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qardaş ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Eren" əməliyyatları PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə sığındıqları hesab edilən terrorçuları zərərsizləşdirmək məqsədi ilə başlayıb.

Eyni zamanda, terrorçulara məxsus 720 mağara, sığınacaq və anbar məhv edilib.

Eləcə də 144 mina və əl istehsalı partlayıcı, 275 uzunlüləli silah, 548 əl qumbarası, 62 min 141 sursat ələ keçirilib.

Ağrı vilayətinin Doğubəyazid rayonundakı Tendürək dağı terrorçulardan tamamilə təmizlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026