Türkiyəli aktyor Erkan Kolçak Köstendil və Cansu Tosunun 8 illik evliliyinin bitmə səbəbi ilə bağlı yeni iddia ortaya çıxıb.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Nurlan Zalıyev instaqram hesabında məlumat yayıb. O iddia edib ki, cütlüyün ayrılmasına səbəb Erkan Kolçak Köstendilin “Veliaht” serialındakı tərəf müqabili Hazal Türesanla eşq yaşaması olub.
Qeyd edək ki, Erkan Kolçak Köstendil və Cansu Tosun ötən günlərdə 8 illik evliliklərini rəsmi qaydada sonlandırıblar.
Bakı 




