• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

600 milyon avro dəyərində kokain məhv edildi

DÜNYA

10 Avqust 2023 | 21:25 | Müəllif: Subhan Mahmudov

600 milyon avro dəyərində kokain məhv edildi

Hollandiyanın gömrük orqanları təxminən 600 milyon avro dəyərində kokaini müsadirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krallığın prokurorluğu məlumat yayıb.

Agentliyin məlumatına görə, iyul ayında Ekvadordan Rotterdam limanına gələn banan konteynerdə 8 ton psixoaktiv maddə aşkar edilib. Dəniz limanı tarixində ən böyük kokain bağlamalarının müəyyən edilməsi ilə bağlı məlumatlar istintaqın maraqları baxımından açıqlanmayıb. Müsadirə edilən narkotik vasitələr məhv edilib. Həbslər barədə də məlumat verilməyib.

Xatırladaq ki, bu yaxınlarda hollandiyalı sabiq futbolçu David Mendez da Silva kokain alverində iştirak etdiyinə görə 7 il müddətinə azadlıqdan məhrum edilib. Da Silva Rotterdam məhkəməsi tərəfindən 74 və 105 kq ağırlığında iki partiya kokainin idxalına görə məhkum edilib. O, həmçinin daha 1300 kq narkotik maddə idxal etməyə hazırlaşmaqda təqsirli bilinib./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026