• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

2022-ci ildə neçə nəfərə əlillik təyin olunub?

CƏMİYYƏT

27 Dekabr 2022 | 15:20

2022-ci ildə neçə nəfərə əlillik təyin olunub?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransı keçirilib.  

Bakıvaxtı.az xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsinin elektron infrastruktur üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirildiyini bildirib. 2022-ci ildə 56,7 min şəxsə əlillik təyin olunduğunu diqqətə çatdırıb. 

A.Bayramov qeyd edib ki, cari il iyulun 1-dən ölkəmizdə mütərəqqi dünya təcrübəsinə uyğun islahat tədbiri olaraq əlilliyin yeni meyarlar, yəni orqanizmin funksiyalarının  itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə  qiymətləndirilməsi həyata keçirilir. Yeni meyarların tətbiqindən sonra 14063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026