Ankara Baş Prokurorluğu FETÖ-nun gizli dövlət sektoru strukturu ilə bağlı istintaq çərçivəsində 12 şübhəli haqqında həbs qərarı verib.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadla xəbərinə görə, istintaqda şübhəlilərin "ByLock" taksofon və əvvəlcədən ödənişli xətlər vasitəsilə təşkilati rabitə apardıqları müəyyən edilib.
Dəlillər əsasında müxtəlif dövlət qurumlarından 5-i hazırda işləyən şəxslərin mütəşəkkil cinayət fəaliyyətində iştirak etdikləri təsdiqlənib.
Şübhəlilərin tutulması üçün 4 vilayətdə eyni vaxtda əməliyyatlar həyata keçirilib.
Əli Hüseynov
Bakı 




