• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Zubir Səudiyyə Ərəbistanına köçə bilər

İDMAN

25 Oktyabr 2023 | 09:06

Zubir Səudiyyə Ərəbistanına köçə bilər

"Qarabağ"ın futbolçusu Abdullah Zubir iki klubun diqqət mərkəzindədir.

Bakıvaxtı.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, adı hələlik açıqlanmayan Fransa Liqa 1 təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Səudiyyə Ərəbistanından "Əl-Riyad" da Zubiri transfer etmək istəyir.

Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildən "köhlən atlar"ın şərəfini qoruyur. Onun hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Peşəkar karyerasına Fransanın "Qrenobl" klubunda başlayan futbolçu bu ölkədə "İstr" və "Lans" kimi komandaların da formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR