Zaqatalada itkin düşən yerli turistlərin axtarışları davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
O xatırladıb ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub.
M.Mənsimov qeyd edib ki, Zaqatala Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ərazini tanıyan yerli sakinlərin iştirakı ilə onların axtarışları davam etdirilir.
Məlumata görə, yerli turistlərin gəzmək adı ilə getdiyi şəlalə Katex şəlaləsidir. Şəlalə Qəbizdərə kəndindən 4 km məsafədə yerləşir. Həmin ərazilər yüksək dağlıq-qayalıq ərazilərdir.
Girişi qadağan olunan Katex şəlaləsində əvvəllər də bir-neçə dəfə ölüm hadisələri baş verib. Odur ki, şəlalənin yerləşdiyi dağlıq əraziyə bələdçi olmadan getmək təhlükəlidir.
09:00
Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
Bildirib ki, dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.
***
Zaqatalada iki yerli turist dağlarda itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, ötən gün iki nəfər şəxsiyyəti hələ məlum olmayan yerli turist Zaqatala rayonu Qəbizdərə istiqamətindən Zaqatala şəlaləsinə gedən zaman dağlıq-meşəlik ərazidə itkin düşüb.
Turistlərin itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xətt xidmətinə və DİN-in Zaqatala Rayon Polis Şöbəsinə məlumat verilib.
Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.
















