• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Yusuf Laval "Neftçi" gedir

İDMAN

11 Yanvar 2023 | 15:37

Yusuf Laval "Neftçi" gedir

“Neftçi” futbolçusu Yusuf Lavalın satışı ilə əlaqədar Portuqaliyanın “Arouka” klubu ilə rəsmi danışıqlara başlayıb.

Bakıvaxtı.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq, Bakıya dönəcək.

O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək. Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Yusuf Laval "Neftçi"yə 2020-ci ilin yayında Belçika "Lokeren"indən keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR