Yevlax şəhərində yaşayış binasında yanğın olub.
FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzilin mətbəxində 1,5 m² sahədə mebel yanıb.
Mətbəxin qalan hissəsi və ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















