• Bakı 20° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Evlərdən qızıl-zinət əşyaları oğurlayanlar saxlanıldı

HADİSƏ

08 Mart 2024 | 14:20

Evlərdən qızıl-zinət əşyaları oğurlayanlar saxlanıldı

Cəlilabadda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Teymur Səxavətli və Şəhadət Seydanov müəyyən edilərək saxlanılıblar. Həyata keçirilən əlavə tədbirlərlə həmin şəxslərin Cəlilabad şəhəri ərazisindəki müxtəlif vaxtlarda daha üç evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib.

    Faktlarla bağlı araşdırmalar davan etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Oktyabr 2026