• Bakı 21° C

    5.28 m/s

Yeni tikililər tarixi binalar və abidələr üçün təhlükə yaradır? 

MƏDƏNİYYƏT

17 Sentyabr 2026 | 12:01 | Müəllif: Gülşən Şərif

Yeni tikililər tarixi binalar və abidələr üçün təhlükə yaradır?

"Yeni tikililər və yeni infrastruktur layihələri tarixi binalar və tarixi abidələr üçün müəyyən təhlükələr yarada bilər. Layihələrin icrası zamanı xüsusi həssaslığın göstərilməsi və elmi yanaşmaların tətbiqi olduqca önəmlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Tarixidini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda təşkil olunmuş konfrans zamanı deyib.

O bildirib ki, burada zaman amili də mühüm əhəmiyyət daşıyır:

"Eyni zamanda, tarixi abidələrin orijinallığının qorunması, onların mühafizəsinin təmin edilməsi, bərpa və konservasiya işlərinin həyata keçirilməsi bir-biri ilə sıx əlaqəli və koordinasiyalı şəkildə aparılmalıdır. Bütün bu proseslər elə tənzimlənməlidir ki, biri digərinə zərər vurmasın.

İnteqrasiya məsələsi də burada xüsusi əhəmiyyət kəsb edir. Yeni binalar tikilir, yeni şəhərsalma görkəmi formalaşır. Lakin tarixi binaların bu yeni şəhər mühitinə inteqrasiyası çox vacib məsələlərdən biridir. Bu, həm müəyyən təhlükə, həm də yeni çağırışlar yaradır. Düşünürəm ki, xüsusilə şəhərsalmanın intensiv olduğu bölgələrdə tarixi-dini abidələrin və ümumiyyətlə, mədəni irs nümunələrinin qorunması ilə müasir şəhərsalma arasında xüsusi bir balans formalaşdırılmalıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026