• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yeni rəis işçilərin əməkhaqlarını ödəmir?

CƏMİYYƏT

17 Avqust 2023 | 14:53 | Müəllif: Qalib İbrahimoğlu

Yeni rəis işçilərin əməkhaqlarını ödəmir?

Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsindən şikayət var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, bu yaxınlarda idarəyə yeni təyin olunan rəis Qalib Həsənov işçilərin məzuniyyət hüquqlarını pozur.

Eyni zamanda, iddia edilib ki, yeni rəis idarənin tabeliyində olan müəssisələrin əməkdaşlarının məzuniyyətə çıxmağına icazə vermir, iyul ayının əməkhaqları da ödənilməyib. Halbuki, artıq dövlət müəssisələrində avqust ayının maaşlarının ödənilməsinə başlanılır.

Məsələ barədə Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən bildirilib ki, yayılan məlumatlarla bağlı araşdırma aparılacaq/oxu.az.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026