• Bakı 13° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Yeni elektron tərəzilər istismara veriləcək

CƏMİYYƏT

31 Mart 2026 | 14:48

Yeni elektron tərəzilər istismara veriləcək

Aprelin 2-dən etibarən Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış elektron tərəzilər istismara veriləcək.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, elektron tərəzilər M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 451.2-ci km (Bakı istiqaməti, S18, Ağstafa), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 451.2-ci km (Qazax istiqaməti, S19, Ağstafa), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 343.3-cü km (Bakı istiqaməti, S20, Gəncə), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 343.3-cü km (Qazax istiqaməti, S21, Gəncə), R-18 Mingəçevir – Stansiya Mingəçevir – Bəhramtəpə yolu, 13.5-ci km (Bakı istiqaməti, S22, Mingəçevir), eyni zamanda R-18 Mingəçevir – Stansiya Mingəçevir – Bəhramtəpə yolu, 13.5-ci km (Mingəçevir istiqaməti, S23) quraşdırılacaq.

Agentlik sürcülərdən nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və oxa düşən kütlə normalarına ciddi riayət etmələrini xahiş edir.

Bildirilir ki, qaydaların pozulması hallarında inzibati məsuliyyət nəzərdə tutulur.


SON XƏBƏRLƏR