• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yəməndəki husi hədəflərinə HÜCUM EDİLDİ

DÜNYA

12 Avqust 2024 | 15:22

Yəməndəki husi hədəflərinə HÜCUM EDİLDİ

ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Masirah ” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Hudeyda əyalətinin Kemran adasındakı husi milislərinin hədəflərinə zərbələr endirib.

Telekanal bildirib ki, Amerika və Britaniya təyyarələrinin hücumu Səudiyyə Ərəbistanının oxşar hərəkətləri ilə üst-üstə düşüb.

Belə ki, Ər-Riyad hücumu  iki ölkənin sərhədində yerləşən Saada əyalətində həyata keçirib. Obyektlərdən birini vuran hücum üçün pilotsuz təyyarədən istifadə edilib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026