• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Xocavənddə silah-sursat aşkar edilib

CƏMİYYƏT

29 Iyun 2021 | 11:57

Xocavənddə silah-sursat aşkar edilib

Xocavənddə silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 4 avtomat, 1 tank əleyhinə raket qurğusu, 1 “AQS-17” qurğusu, 41 müxtəlif növ əl qumbarası, 14 müxtəlif növ partladıcılar, 30 avtomat darağı, 4600 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR