• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xızıda “Qrad” mərmisi aşkarlandı - FOTOLAR

HADİSƏ

18 Aprel 2021 | 11:17

Xızıda “Qrad” mərmisi aşkarlandı - FOTOLAR

Xızı rayonunda sursat aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qurumun “112” qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsinin yaxınlığında açıq sahədə sursat aşkar olunması barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu 17 aprel 2021-ci il tarixində əraziyə cəlb olunub.

Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunmuş sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd “Qrad" BM-21 mərmisidir.

Sursat pirotexniklər tərəfindən götürülüb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mərkəzi məhvetmə ərazisinə daşınaraq, müvafiq qaydada zərərsizləşdirilib.

Təkrar baxış zamanı sursatın tapıldığı ərazidə digər şübhəli əşya aşkar edilməyib.

Qeyd edək ki, aşkar olunan mərminin 27 avqust 2017-ci il tarixində Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayışla müşayiət olunan yanğın zamanı əraziyə düşdüyü ehtimal olunur.


Xızıda “Qrad” mərmisi aşkarlandı - FOTOLARXızıda “Qrad” mərmisi aşkarlandı - FOTOLARXızıda “Qrad” mərmisi aşkarlandı - FOTOLARXızıda “Qrad” mərmisi aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026