• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakıda 18 yaşlı dizayneri "tok" vurub öldürdü

HADİSƏ

18 May 2021 | 09:58

Bakıda 18 yaşlı dizayneri "tok" vurub öldürdü

Mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Vahidli Fuad Vüqar oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov Rayon Prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində fəaliyyət göstərən dizayn studiyasında dizayner işləyən 2003-cü il təvəllüdlü Fuad Vahidli iş zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026