• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xarkova artilleriya zərbələri endirilir

DÜNYA

25 Fevral 2022 | 14:41 | Müəllif: Subhan Mahmudov

Xarkova artilleriya zərbələri endirilir

"İndi Rusiya ordusu Xarkov şəhərinə artilleriya zərbələri endirməyə başladı. Biz Azərbaycanın Xarkovdakı konsulluğunun zirzəmisinə, sığınacağa endik".

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

S. Adgözəlli deyib ki, Rusiya Ordusu Xarkov şəhərinin mərkəzi hissəsində yerləşən Ukrayna Qvardiyasının hərbi hissəsinə artilleriya zərbələri endirir: "Biz konsulluqda Xarkovdakı tələbələrin evakuasiyası ilə bağlı məsləhətləşmə aparırdıq. Ancaq şəhərə artilleriya zərbələri tutulmağa başladığı üçün sığınacağa endik. Hələ ki, sığınacaqda artilleriya zərbələrinin dayanmasını gözləyirik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026