Azərbaycan Dillər Universitetinin (ADU) doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. O, xarici dil üzrə keçirilən imtahanda 46,55 bal toplayaraq ölkə birincisi olub.
Bakıvaxtı.az xəbər verir ki, mövcud qaydalara əsasən, doktoranturada təhsil alan şəxslərin imtahan nəticələri 5 il müddətində qüvvədə qalır. Müdafiə prosesi bu müddəti keçdikdə, namizədlər xarici dil imtahanını yenidən verməli olurlar. Aynur İsayeva da 2021-ci ildə doktoranturaya qəbul zamanı 46,5 balla ölkə ikincisi kimi ADU-ya qəbul olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq 5 il sonra imtahanda təkrar iştirak edib.
Bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirən gənc tədqiqatçı, ikinci cəhdində də öz nəticəsini qoruyaraq bu dəfə siyahıya liderlik edib. Hazırda o, elmi fəaliyyətini Azərbaycan Dillər Universitetində davam etdirir.
Bakı 




