Xaçmazda baş vermiş ağı qəza nəticəsində xəsarət almış şəxslərin kimliyi müəyyən olunub.
Bakıvaxtı.az xəbər verir ki, xəsarət alan şəxslər; avtomobilin sürücüsü, Hülövlü kənd sakini 1986-cı il təvəllüdlü Tural İskəndərov, sərnişinlər; 1962-ci il təvəllüdlü İ. İskəndərova, 1978-ci il təvəllüdlü V. Məmmədov, 1984-cü il təvəllüdlü G. Məmmədova, 2001-ci il təvəllüdlü P. Məmmədov və 2005-ci il təvəllüdlü M. Məmmədovdur.
Yaralıların müalicəsi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
----------
23:40
Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığında, Gəndob-Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi "Toyota Pajero" markalı avtomobil idarəetməni itirərək Ağçay üzərindəki körpüdən çaya aşıb. İlkin məlumatlara əsasən, hadisə zamanı altı nəfər yaralanıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və onlara hazırda tibbi yardım göstərilir.
Məlumata görə, qəzaya düşənlər toy mərasimindən qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır. /apa
19:25
Xaçmaz rayonunda yol qəzası baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, "Mitsubishi Pajero" markalı minik avtomobili rayon ərazisindən keçən "Ağçay" çayına düşüb.
İlkin məlumata görə, minik avtomobilində olan altı nəfər ağır bədən xəsarətləri alıb.
Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır./Repprt
















