• Bakı 16° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

WUF13 zamanı daşımalarla bağlı - Xəbər var

CƏMİYYƏT

05 May 2026 | 11:22 | Müəllif: Əli Hüseynov

WUF13 zamanı daşımalarla bağlı - Xəbər var

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı 12 şəhərdaxili marşrut üzrə və 6 hava limanından daşımalar həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu tədbir çərçivəsində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ictimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.

Onun sözlərinə görə, daşımalar hava limanından "hab"lara (nəqliyyat mübadilə mərkəzlərinə) və eyni zamanda bu mərkəzlərdən tədbir məkanına doğru təşkil ediləcək: "​Daşımalarda ekoloji təmiz elektrik avtobuslarından istifadə olunacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR